ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödədiyi barədə yayılan məlumatları təkzib edib.
ArazNews-un məlumatına görə, Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada yazıb: «İrana 300 milyon dollar ödənilməsi barədə xəbər saxtadır.»
ABŞ Prezidenti həmçinin bildirib ki, İran son razılaşma çərçivəsində heç vaxt nüvə silahına sahib olmamağı qəbul edib. O, İrana pul ödənilməsi ilə bağlı iddiaların demokratlar tərəfindən yayıldığını və həqiqəti əks etdirmədiyini vurğulayıb.