ArazNews
Ana Səhifə / İran / Qəlibaf İslam Ölkələri Parlamentlər Birliyinin sammitində iştirak etmək üçün Bakıya gəlib
İran

Qəlibaf İslam Ölkələri Parlamentlər Birliyinin sammitində iştirak etmək üçün Bakıya gəlib

Qəlibaf İslam Ölkələri Parlamentlər Birliyinin sammitində iştirak etmək üçün Bakıya gəlib

Rəsmi Azərtac xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikası Məclisinin sədri Məhəmmədbarir Qəlibaf iş səfəri çərçivəsində Bakıya gəlib.

Rəsmi mənbələrin açıqlamasına əsasən, Qəlibaf bu səfər zamanı Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlər birliyinin (PUIC) 20-ci sammitində iştirak edəcək.

Sammit İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament sədrləri və nümayəndələrinin iştirakı ilə keçirilir; toplantıda parlament əməkdaşlığı və İslam dünyasındakı inkişaflarla bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur.