ArazNews
Ana Səhifə / İran / İran hücuma məruz qalmış nüvə obyektlərinin yoxlanılmasına icazə verməyəcəyini bildirib
İran

İran hücuma məruz qalmış nüvə obyektlərinin yoxlanılmasına icazə verməyəcəyini bildirib

İran hücuma məruz qalmış nüvə obyektlərinin yoxlanılmasına icazə verməyəcəyini bildirib

İslam Respublikası İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai açıqlayıb ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə son hücumlar zamanı hədəf alınmış nüvə obyektlərini ziyarət etməyə icazə verməyi nəzərdə tutmur.

O həmçinin vurğulayıb ki, Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti İsveçrəyə səfəri zamanı BAEA-nın Baş direktoru Rafael Qrosi ilə heç bir görüş keçirməyib.

Bəqai çıxışının digər hissəsində İran, ABŞ, Qətər, Pakistan və Lübnанın Lübnanда gərginliyin artmasının qarşısını almaq və atəşkəsin icrасına nəzarət etmək üçün mexanizm yaratmaq barədə razılığa gəldiyini xəbər verib və bildirib ki, Lübnanа hücumların dayandırılması Tehran ilə Vaşinqton arasındakı anlaşmanın ayrılmaz hissəsidir.