İranın dövlət mediası bildirib ki, İranla ABŞ arasındakı texniki danışıqlar İsveçrədə sona çatıb və iki tərəf nüvə sahəsi ilə sanksiyalar üzrə ixtisaslaşdırılmış işçi qruplarının yaradılması barədə razılığa gəlib.
İranın xarici işlər nazirinin müavini Kazım Ğəribabadi açıqlayıb ki, tərəflərin qərarına əsasən «sanksiyaların aradan qaldırılması», «nüvə məsələləri», «iqtisadi bərpa və inkişaf» və «razılaşmanın nəzarəti və icrası» olmaqla dörd işçi qrupu yaradılacaq.