ArazNews
Ana Səhifə / İran / İranın iqtisadiyyatı durğunluq zonasına daxil oldu
İran

İranın iqtisadiyyatı durğunluq zonasına daxil oldu

İranın iqtisadiyyatı durğunluq zonasına daxil oldu

İranın Statistika Mərkəzi elan edib ki, ölkənin 1404-cü ildəki iqtisadi artımı neft daxil olmaqla cəmi 0.2 faiz, neft olmadan isə mənfi 0.3 faiz təşkil edib.

Hesabata görə, İranın iqtisadiyyatı sıfıra yaxın artımla üzləşib — ölkə son bir il ərzində beynəlxalq sanksiyalarla yanaşı, müharibə, siyasi qeyri-müəyyənlik və iqtisadi böhranlarla da qarşılaşıb.

Eyni zamanda bir sıra iqtisadçılar xəbərdarlıq edib ki, bu tendensiya davam edərsə, durğunluğun dərinləşməsinə, inflyasiyanın artmasına və milli valyutanın dəyərinin daha da düşməsinə səbəb ola bilər.

Pensiya fondlarının keçmiş rəhbəri Hüccətullah Mirzəyi daha əvvəl proqnoz vermişdi ki, ən pessimist ssenarilərdə İranın iqtisadi artımı mənfi 8.5 ilə mənfi 10 faiz arasında ola bilər və daha milyonlarla insan yoxsulluq səviyyəsinin altındakı əhaliyə əlavə oluna bilər.