ABŞ Xəzinədarlıq Nazirliyi ümumi lisenziya çərçivəsində İran mənşəli xam neftin, neft-kimya məhsullarının və neft emalı məhsullarının istehsalını, satışını, daşınmasını və boşaldılmasını 30 avqusta qədər icazəli elan etdi.
Lisenziyaya əsasən, həmin məhsulların istehsalı, satışı və ötürülməsi üçün zəruri olan bütün əməliyyatlar və xidmətlər sərbəst olacaq. Bu xidmətlərə sığorta, gəmi idarəçiliyi, heyət təminatı, yanacaq doldurulması, gəmilərin qeydiyyatı və bayraq altına alınması, habelə dənizdə xilasetmə əməliyyatları daxildir.
Adıçəkilən lisenziya əvvəllər İslam Respublikasına aid sanksiya siyahılarına salınmış gəmiləri də əhatə edir. İran mənşəli xam neftin, neft-kimya məhsullarının və neft emalı məhsullarının ABŞ ərazisinə idxalına da — icazəli satış, çatdırılma və ya boşaltma prosesinin bir hissəsi olduğu hallarda — icazə veriləcək.