ArazNews
Ana Səhifə / İran / Netanyahu: İsrail İran rejiminin çöküşü üçün zəmin yaradıb
İran

Netanyahu: İsrail İran rejiminin çöküşü üçün zəmin yaradıb

Netanyahu: İsrail İran rejiminin çöküşü üçün zəmin yaradıb


Benyamin Netanyahu bildirib ki, ölkəsinin İrana qarşı həyata keçirdiyi əməliyyatlar gələcəkdə İran İslam Respublikasının süqutu üçün zəruri şəraiti yaradıb. O, bunun nə vaxt baş verəcəyini proqnozlaşdıra bilməyəcəyini də qeyd edib.


Araz News xəbər verir ki, Netanyahu iyunun 21-də Qüdsdə keçirilən beynəlxalq siyasət forumunda çıxışı zamanı deyib: “Bu rejimin nə vaxt süqut edəcəyini deyə bilmərəm, amma düşünürəm ki, onun gələcəkdə süqut etməsi üçün lazım olan şəraiti yaratmışıq.”


İsrailin baş naziri İranda mümkün siyasi dəyişikliyi “əsl qələbə” adlandıraraq əlavə edib: “Əsl qələbə İran xalqının taleyini öz əlinə alacağı və həm onları, həm də dünyanı qorxu içində saxlayan bu zorakı rejimi devirdiyi gün olacaq.”


Netanyahu həmçinin iddia edib ki, İsrailin hərbi əməliyyatları yalnız İran İslam Respublikasını deyil, həm də Tehranın bölgədəki müttəfiq qüvvələrini hədəf alıb. O, bu şəbəkəni “İranın terror oxu” adlandırıb.