Əli Xameneinin əsərlərinin qorunması və nəşri üzrə ofis İran İslam Respublikasının keçmiş rəhbərinin dəfn və vida mərasimlərinin 4–9 iyul tarixlərində Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcəyini açıqlayıb.
ArazNews-un məlumatına görə, yayılan açıqlamada bildirilib ki, mərasimlərin ilk üç günü Tehranda təşkil olunacaq, daha sonra isə vida mərasimləri Qum şəhərində davam etdiriləcək.
Proqrama əsasən, Əli Xameneinin nəşi iyulun 9-da Məşhəd şəhərində yerləşən İmam Rza məqbərəsində torpağa tapşırılacaq.
Əli Xamenei 2026-cı il 28 fevral tarixində ABŞ və İsrailin Tehrana qarşı həyata keçirdiyi birgə hücumlar zamanı həlak olmuşdu.
Açıqlanan proqram əsasında onun yekun dəfn mərasimi ölümündən 131 gün sonra Məşhəddə keçiriləcək.