ArazNews
Ana Səhifə / İran / İsrail mediasında Sepah komandanının öldürüldüyü iddiası; hələlik təsdiqlənməyib
İran

İsrail mediasında Sepah komandanının öldürüldüyü iddiası; hələlik təsdiqlənməyib

 İsrail mediasında Sepah komandanının öldürüldüyü iddiası; hələlik təsdiqlənməyib


İsrailin JNS xəbər şəbəkəsi sosial mediada yayılan məlumatlara və İran müxalifətinə yaxın bəzi mənbələrə istinadən SEPAH-ın baş komandanı general Əhməd Vəhidinin İsrailin Tehrana son hava zərbələri zamanı öldürüldüyünü iddia edib.


ArazNews-un məlumatına görə, bu iddia indiyədək nə İran rəsmiləri, nə də İsrail tərəfindən təsdiqlənib və ya təkzib olunub. Məlumat hələlik yalnız iddia səviyyəsində qalır.


Əgər bu xəbər təsdiqlənərsə, Əhməd Vəhidinin öldürülməsi İran rejiminin son dövrlərdə İsrail və ABŞ ilə qarşıdurma fonunda aldığı ən ağır zərbələrdən biri kimi qiymətləndirilə bilər.