ArazNews
Ana Səhifə / İran / İslam Respublikasının Xarici İşlər Nazirliyi: Ukrayna'nın Xəzər dənizindəki İran tankerinə hücumu 1 nəfər ölü, 1 nəfər yaralı ilə nəticələnib
İran

İslam Respublikasının Xarici İşlər Nazirliyi: Ukrayna'nın Xəzər dənizindəki İran tankerinə hücumu 1 nəfər ölü, 1 nəfər yaralı ilə nəticələnib

İslam Respublikasının Xarici İşlər Nazirliyi: Ukrayna'nın Xəzər dənizindəki İran tankerinə hücumu 1 nəfər ölü, 1 nəfər yaralı ilə nəticələnib

İslam Respublikasının Xarici İşlər Nazirliyi şənbə günü sübh çağı Ukrayna'nın Xəzər dənizindəki İran tankerinə hücumunu pisləyib. Nazirliyin iddiasına görə, həmin hücum tankerin partlamasına, bir nəfərin həlak olmasına və digər bir nəfərin yaralanmasına səbəb olub.

Xarici İşlər Nazirliyi bu addımı "təcavüzkarlıq aktı" adlandırıb və onun müharibə alovunu daha da şiddətləndirə biləcəyini iddia edib. İslam Respublikası Volodimir Zelenskinin bu hücumu üstlənməsinə istinad edərək onun nəticələrinin məsuliyyətini Ukrayna və onun müttəfiqlərinə yükləyib, habelə öz milli maraqlarını və təhlükəsizliyini qoruyacağını açıqlayıb.