ABŞ Prezidenti Donald Tramp Məsud Pezeşkianın uranın zənginləşdirilməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib. Tramp Fox News telekanalına müsahibəsində Tehranın mövqeyini və davranışını dəyişməli olduğunu bildirib.
Araz News xəbər verir ki, Tramp deyib: “Yaxşı olar ki, danışığına fikir versin. Davranışını düzəltsin. Əks halda, biz ölkənin qalan hissəsini də nəzarətə götürəcəyik.”
Bu açıqlama Pezeşkianın bazar günü, 21 iyun tarixində İran İslam Respublikasının uranı zənginləşdirmək hüququndan heç vaxt imtina etməyəcəyini və qarşı tərəfin bunu qəbul etməyə məcbur olacağını bildirməsindən sonra səsləndirilib.