ArazNews
Ana Səhifə / Xəbər / Ağ Ev və İRNA Tramp ilə Pezeşkianın sülh memorandumunu imzaladığı görüntüləri yayımlayıb
Xəbər

Ağ Ev və İRNA Tramp ilə Pezeşkianın sülh memorandumunu imzaladığı görüntüləri yayımlayıb

Ağ Ev və İRNA Tramp ilə Pezeşkianın sülh memorandumunu imzaladığı görüntüləri yayımlayıb


Ağ Ev və İran İslam Respublikasının rəsmi xəbər agentliyi İRNA Donald Tramp ilə Məsud Pezeşkian arasında imzalanan razılaşma sənədinin görüntülərini yayımlayıb.

ArazNews-un məlumatına görə, Donald Tramp çərşənbə günü axşam Fransanın Versal sarayında Emmanuel Makronun şam ziyafətindən əvvəl memorandumun yekun variantını imzalayıb. Məsud Pezeşkian isə sənədi elektron qaydada təsdiqləyib.


Bundan əvvəl razılaşmanın ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf tərəfindən imzalanacağı bildirilirdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sonradan açıqlayıb ki, yekunda sənədin «iki ölkənin ən yüksək icra hakimiyyəti rəhbərləri» tərəfindən imzalanmasına qərar verilib.


Bəqayi əlavə edib ki, memorandumun imzalanması başa çatsa da, tərəflərin nümayəndə heyətləri əvvəlcədən planlaşdırıldığı kimi nüvə proqramı və digər məsələlər üzrə danışıqların ikinci mərhələsinə başlamaq üçün İsveçrədə bir araya gələcəklər.