Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran rejiminin prezidenti Məsud Pezeşkianla telefon danışığında ikitərəfli münasibətləri, regional hadisələri və qlobal məsələləri müzakirə edib.
ArazNews-un məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib ki, Ərdoğan son regional qarşıdurmalara toxunaraq Türkiyə xalqının bu il Qurban bayramını kədər içində qarşıladığını, amma İran xalqının bu çətin günləri geridə qoyacağına inandığını deyib.
Məlumata görə, Türkiyə prezidenti Ankaranın qardaş ölkələrlə birlikdə bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışdığını və müsbət nəticələr əldə olunması üçün danışıqlar prosesinə dəstəyini davam etdirəcəyini vurğulayıb. Ərdoğan həmçinin Qurban bayramı münasibətilə Pezeşkianı təbrik edib.