ArazNews
Ana Səhifə / Xəbər / Fars: Tehran ABŞ-la danışıqların başlanması üçün bloklanmış vəsaitlərin ödənilməsini şərt sayır
Xəbər

Fars: Tehran ABŞ-la danışıqların başlanması üçün bloklanmış vəsaitlərin ödənilməsini şərt sayır

 Fars: Tehran ABŞ-la danışıqların başlanması üçün bloklanmış vəsaitlərin ödənilməsini şərt sayır


İran rejimininin danışıqlar heyətinə yaxın bir mənbə iddia edib ki, İranın bloklanmış maliyyə vəsaitləri azad edilərək köçürülmədən ABŞ ilə heç bir danışıq mümkün olmayacaq.


ArazNews-un Fars-a istinadən yaydığı xəbərə görə, həmin mənbə iddia edib ki, Tehran və Vaşinqton arasında son ciddi fikir ayrılığı İranın bloklanmış vəsaitlərinə çıxış mexanizmi ilə bağlı olub və bu problem Qətərin vasitəçiliyi ilə həll olunmaqdadır. Mənbənin sözlərinə görə, ABŞ daha əvvəl bu sahədə öhdəliklərini yerinə yetirməkdən geri çəkilmişdi, lakin Tehran öz mövqeyində israr edib.


Məlumata görə, İranın danışıqlar heyəti ABŞ-ın “öhdəlik pozuntuları keçmişinə” işarə edərək mövcud anlaşmaları yekun hesab etmədiyini və bütün mümkün ssenarilərə hazır olduğunu bildirib.