ArazNews
Ana Səhifə / Xəbər / Netanyahu İran-ABŞ danışıqlarına mesaj verdi
Xəbər

Netanyahu İran-ABŞ danışıqlarına mesaj verdi

Netanyahu İran-ABŞ danışıqlarına mesaj verdi


İsrailin baş naziri Benyamin Netanyahu sosial media platforması X-də paylaşdığı görüntü ilə İranın nüvə silahı əldə etməsinə qarşı mövqeyini bir daha vurğulayıb.


ArazNews-un məlumatına görə, paylaşımda ABŞ prezidenti Donald Tramp da Netanyahu ilə yanaşı yer alıb və görüntüdə “İran heç vaxt nüvə silahına sahib olmayacaq” ifadəsi ön plana çıxarılıb.


Bu paylaşım Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bir dövrdə gəlib. Netanyahu son illərdə dəfələrlə İsrailin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib.


Paylaşım sosial mediada geniş rezonans doğurub və müxtəlif siyasi reaksiyalara səbəb olub.