ArazNews
Ana Səhifə / Xəbər / Reuters: İranla razılaşma bir neçə gün də uzana bilər; ABŞ eyni vaxtda yeni hücumlar həyata keçirdi
Xəbər

Reuters: İranla razılaşma bir neçə gün də uzana bilər; ABŞ eyni vaxtda yeni hücumlar həyata keçirdi

Reuters: İranla razılaşma bir neçə gün də uzana bilər; ABŞ eyni vaxtda yeni hücumlar həyata keçirdi


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşmanın əldə olunması “bir neçə gün” daha çəkə bilər. Bu açıqlama ABŞ-ın İranın güneyində yeni hədəflərə hücum etdiyini elan etdiyi vaxtda səslənib.

ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Rubio deyib ki, İranla mümkün razılaşma ilə bağlı danışıqlar davam edir və bəzi ehtimalların əksinə, yekun nəticə yaxın zamanda gözlənilmir. O vurğulayıb ki, Hörmüz boğazı “hər nə olursa olsun açıq qalmalıdır”.


Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri İranın güneyində mina daşıyan qayıqlar və raket mövqeləri də daxil olmaqla yeni hədəflərə zərbələr endirib. Vaşinqton bu hücumları öz qüvvələrini qorumaq üçün “müdafiə xarakterli addım” kimi təqdim edib.


Bu hadisələr İran rəsmilərinin Dohada Qətərin vasitəçiliyi ilə Hörmüz boğazının statusu, İranın dondurulmuş aktivləri və mümkün razılaşmanın çərçivəsi barədə danışıqlar apardığı bir vaxtda baş verir.


Bu arada Donald Tramp bildirib ki, İranla danışıqlar “yaxşı gedir”, amma diplomatiya uğursuz olarsa, yeni hücumların ola biləcəyi barədə xəbərdarlıq edib.