Mənbələr bildirir ki, ABŞ ilə mümkün razılaşmanın irəliləməsi üçün İran zənginləşdirilmiş uran ehtiyatlarının Çinə köçürülməsi və Pekindən təminat alınması şərtini irəli sürüb.
yüksək səviyyəli mənbələr İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olduğunu, lakin bu materialların Çinə göndərilməsini istədiyini bildirib.
Məlumata görə,Tehran ABŞ ilə hər hansı razılaşmanın yekunlaşmasından əvvəl Pekindən konkret təminatlar almağa çalışır
Eyni zamanda xəbərlərə görə, Pakistan ordusunun komandanı və danışıqların əsas vasitəçilərindən biri olan Asim Munir yaxın saatlarda Dohaya gedə bilər.Ərəb mənbələri həmçinin İslamabadın Tehran–Vaşinqton razılaşmasında Çinin təminatçı rolunda çıxış etməsini istədiyini bildirib.
Bu proses, İranın nüvə proqramı,Hörmüz boğazı və sanksiyalarla bağlı fikir ayrılıqlarının həlli və müharibənin dayandırılması istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda baş verir.