İran rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçinin BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək xüsusi xarici işlər nazirləri toplantısına dəvət olunduğunu açıqlayıb, lakin onun iştirakının hələ qəti olmadığını bildirib.
ArazNews-un İSNA-ya istinadən məlumatına görə, İsmayıl Bəqayi deyib ki, Çinin təşəbbüsü ilə mayın 26-da keçiriləcək bu açıq iclasın mövzusu beynəlxalq sülh və təhlükəsizlik məsələləridir. O, Əraqçinin sıx iş qrafikinə görə toplantıya qatılmaya biləcəyini qeyd edib.
Bu dəvət İran rejimi ilə ABŞ arasında Pakistan vasitəçiliyi ilə danışıqların davam etdiyi bir vaxtda gündəmə gəlib. Trampın bir neçə gün əvvəl planlaşdırılmış hücumu təxirə salmasından sonra Əraqçinin mümkün Nyu-York səfərinin əlavə diplomatik təmaslara zəmin yarada biləcəyi bildirilir.