ArazNews
Ana Səhifə / Xəbər / İranın hərbi gücünün böyük hissəsi məhv edilib
Xəbər

İranın hərbi gücünün böyük hissəsi məhv edilib

 İranın hərbi gücünün böyük hissəsi məhv edilib


İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir iddia edib ki, İranın hərbi gücünün böyük hissəsi sıradan çıxarılıb və İran rejiminin nüvə proqramı illərlə geriyə atılıb.


İran hakimiyyətinin onilliklər ərzində qurduğu güc strukturu ciddi şəkildə sarsılıb və rejimin gələcəyi ilə sabitliyi qeyri-müəyyən vəziyyətə düşüb.


O, həmçinin İranın hərbi rəhbərlərinin hədəfdə olduğunu, ölkənin hərbi imkanlarının böyük hissəsinin məhv edildiyini və iqtisadiyyatın çöküş yoluna girdiyini iddia edib.


İsrailli rəsmi bu açıqlamaları İsrail Hərbi Hava Qüvvələrinə ilk “Gideon” yanacaqdaşıyan təyyarəsinin təhvil verilməsi mərasimində səsləndirib. İsrail ordusuna görə, bu təyyarə uzaqmənzilli əməliyyatlar və çoxcəbhəli müharibə imkanlarını artıracaq.


İsrail Hərbi Hava Qüvvələrinin komandanı da son müharibəyə toxunaraq bildirib ki, yanacaqdaşıyan təyyarələr İrana qarşı əməliyyatları mümkün edib və İsrail Hizbullaha qarşı Livandakı hücumlarını davam etdirir.