ArazNews
Ana Səhifə / İran / Bəlucistanla bağlı yenə günahı başqalarının üzərinə atma: deputat gərginlikləri «iki ərəb ölkəsi» ilə əlaqələndirib
İran

Bəlucistanla bağlı yenə günahı başqalarının üzərinə atma: deputat gərginlikləri «iki ərəb ölkəsi» ilə əlaqələndirib

Bəlucistanla bağlı yenə günahı başqalarının üzərinə atma: deputat gərginlikləri «iki ərəb ölkəsi» ilə əlaqələndirib

Məclisin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maleki Sistan və Bəlucistanda son vaxtlar baş verən gərginliklərdə iki ərəb ölkəsinin izinin «tamamilə aydın göründüyünü» iddia edib. O, bu ölkələrin adını çəkməyib, lakin bu barədə Pakistan tərəfinə də məlumat verildiyini bildirib.

Malekinin iddiasına görə, bölgədəki silahlı qrupların əməliyyat üsulu əvvəlkindən fərqlənir. O deyib ki, bəzi ərəb ölkələri ixtilafları qızışdırmaq üçün «böyük sərmayə» yatırıb. Deputat həmçinin iddia edib ki, ordunun komandoları İraq Kürdüstan Regionunun ərazisində helikopterlə desant əməliyyatı keçirərək kürd silahlı qruplarının bazalarını məhv edib.

Maleki bildirib ki, komissiyanın əyalətə səfərindən sonra Silahlı Qüvvələrin Baş Qərargahı və Milli Təhlükəsizlik Ali Şurası bölgəyə müasir texnika, xüsusi təchizatlı avtomobillər və seçmə qüvvələrin göndərilməsi ilə məşğul olur.