Reuters agentliyinin məlumatına görə, İslam Respublikası Pakistana maye qaz (LPG) ixracını dayandırıb. Bu qərar Pakistanın İranla iki əsas sərhəd keçid məntəqəsini bağlamasından sonra qəbul edilib.
Pakistan hər gün İrandan təxminən 7 min ton maye qaz idxal edir. İdxalın dayandırılması ilə ölkədə qaz qıtlığı daha da dərinləşib, Pakistanın bütün bölgələrində qiymətlər kəskin bahalaşıb. 12 kiloqramlıq bir balonun qiyməti 16,2 dollardan 25,3 dollara yüksəlib ki, bu da 55 faizdən çox artım deməkdir.