ArazNews
Ana Səhifə / Dünya / The Guardian-ın ifşası: Nigel Farajın milyarder sponsoru İslam Respublikasının "Astani-Qüds Rəzəvi" qurumunun biznes tərəfdaşı olub!
Dünya

The Guardian-ın ifşası: Nigel Farajın milyarder sponsoru İslam Respublikasının "Astani-Qüds Rəzəvi" qurumunun biznes tərəfdaşı olub!

The Guardian-ın ifşası: Nigel Farajın milyarder sponsoru İslam Respublikasının

The Guardian-ın məlumatına görə, Fransanın məhkəmə sənədləri göstərir ki, Qəndəhariyə məxsus investisiya qrupu 2015-ci ildə «Ümran Rəzəvi Beynəlxalq» şirkətinin səhmlərinin 49 faizinə sahib olub, qalan 51 faiz isə Astani-Qüds Rəzəvinin nəzarətində olub.

Bu əməkdaşlıq İranın fiber-optik şəbəkəsinin inkişafı layihəsinin bir hissəsi olub və 2016-cı ilədək davam edib.

Bu yaxınlarda Farajın partiyasına milyonlarla funt sterlinq yardım vəd edən Qəndəhari bundan əvvəl də britaniyalı siyasətçiyə 50 min funt sterlinq ianə edib.

Qəndəharinin vəkilləri bildirirlər ki, layihə ABŞ və Fransa rəsmilərinin razılığı ilə, İran xalqının informasiyaya çıxışını genişləndirmək məqsədilə həyata keçirilib, İslam Respublikasının rəsmiləri ilə fikir ayrılığı yarandıqdan sonra isə onun aktivləri müsadirə olunub.

Bu ifşa Nigel Farajın İslam Respublikasının sərt tənqidçilərindən biri olduğu və ABŞ-ın Tehrana qarşı hərbi addımlarını dəstəklədiyi bir vaxtda yayılıb.