Reuters agentliyinin məlumatına görə, Tramp son həftələrdə Rusiyanın dizel yanacağı ixracına qarşı sanksiyaları ləğv edib, Kremlə yaxın vəzifəli şəxslərə, banklara və şirkətlərə qarşı yeni sanksiyaların tətbiqini isə dayandırıb. Bu addım Vladimir Putini sülh danışıqlarına həvəsləndirmək məqsədi daşıyır.
Buna cavab olaraq, 17 demokrat və 5 respublikaçı qanunverici Rusiyaya qarşı sanksiyaların tam şəkildə tətbiq edilməsini tələb edib.
Bu fikir ayrılıqları noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra Vaşinqtonun Moskva və Kiyevlə bağlı siyasəti məsələsində Konqreslə Tramp administrasiyası arasında ciddi qarşıdurmaya səbəb ola bilər.