Donald Tramp «Truth Social» sosial şəbəkəsində yazıb ki, İran ABŞ-a məlumat verib — bəzi xəbərlərın əksinə olaraq, Hormuz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya digər ödəniş tələb etmək niyyətində deyil.
Tramp xəbərdarlıq edib: «Bu məlumat yanlış olarsa, danışıqlar dərhal sona çatacaq».
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Vaşinqton indiyədək İrana heç bir ödəniş etməyib və bu ölkənin dondurulmuş aktivlərindən heç birini azad etməyib.
Tehran və Vaşinqton arasında bağlanan son anlaşmaya əsasən, İslam Respublikası 60 gün müddətində ticarət gəmilərinin Hormuz boğazından heç bir ödəniş alınmadan təhlükəsiz keçişini təmin etməyi öhdəsinə götürüb.