ArazNews
Ana Səhifə / Xəbər / Cey Di Vens: İran ardıcıl ikinci gecə Hörmüz boğazında gəmilərə müdaxilə etməyib
Xəbər

Cey Di Vens: İran ardıcıl ikinci gecə Hörmüz boğazında gəmilərə müdaxilə etməyib

Cey Di Vens: İran ardıcıl ikinci gecə Hörmüz boğazında gəmilərə müdaxilə etməyib


ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ötən gecə Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb ki, bu da son hərbi qarşıdurmaların başlanmasından bəri qeydə alınan ən yüksək tanker hərəkətidir.


Vens həmçinin deyib ki, İran İslam Respublikası ardıcıl ikinci gecə Hörmüz boğazından keçən gəmilərə qarşı heç bir hərəkət etməyib və indiyədək ABŞ ilə imzalanmış memorandum çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edib.


ABŞ vitse-prezidenti əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 12 gəminin dəniz blokadasından keçməsinə icazə verib və Vaşinqton da Tehranla əldə olunan razılaşma əsasında öz öhdəliklərini yerinə yetirməkdədir.