ArazNews
Ana Səhifə / Bölgə / Netanyahu: İsrail Cənubi Livandan geri çəkilməyəcək
Bölgə

Netanyahu: İsrail Cənubi Livandan geri çəkilməyəcək

Netanyahu: İsrail Cənubi Livandan geri çəkilməyəcək


İsrailin Baş naziri Benyamin Netanyahu İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında memorandumun imzalanmasından bir gün sonra bildirib ki, İsrail qüvvələri Cənubi Livandan çıxmayacaq və bu bölgədə təhlükəsizlik bufer zonası qorunub saxlanılacaq.


Netanyahu cümə axşamı keçirilən rəsmi tədbirdə deyib ki, İsrailin şimal şəhərlərində təhlükəsizliyin və normal həyatın bərpası Cənubi Livanda hərbi mövcudiyyətin davam etdirilməsini tələb edir. O vurğulayıb ki, İsrail təhlükəsizlik ehtiyaclarının tam təmin olunduğuna əmin olmayana qədər bu bölgəni tərk etməyəcək.


Bu açıqlama Donald Trampın son günlər İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlarını tənqid edərək onları həddindən artıq «aqressiv» adlandırmasından sonra səslənib.


İsrail Baş nazirinin bəyanatı, eyni zamanda Tehran və Vaşinqton arasında imzalanmış memorandumun birinci bəndində «bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılması» nəzərdə tutulmasına baxmayaraq, İsrailin Cənubi Livanda Hizbullah mövqelərinə hücumlarını davam etdirdiyi bir vaxtda verilib.