ArazNews
Ana Səhifə / Bölgə / Bəhreyn Tehrana: Ya sülhü seçin, ya da daha böyük təcridi
Bölgə

Bəhreyn Tehrana: Ya sülhü seçin, ya da daha böyük təcridi

Bəhreyn Tehrana: Ya sülhü seçin, ya da daha böyük təcridi


Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını açıq təcavüz adlandırıb, Tehrandan hücumları dayandırmağı və Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün məhdudiyyətsiz açmağı tələb edib.


ArazNews-un məlumatına görə, Bəhreynin rəsmi BNA agentliyinin yaydığı bəyanatda ölkənin Xarici İşlər Nazirliyi İranın Bəhreyn və Küveytə qarşı hücumlarını qınayaraq bunu iki ölkənin suverenliyinin və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.


Bəyanata əsasən, şənbə günü səhər saatlarında İran tərəfindən Bəhreyn və Küveyt istiqamətində yeddi ballistik raket buraxılıb. Bəhreyn rəsmiləri raketlərin hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildiriblər.


Bəhreyn Xarici İşlər Nazirliyi vurğulayıb ki, “təhlükəsizlik raket və pilotsuz uçuş aparatları ilə təmin edilmir, sabitlik isə dənizə mina yerləşdirməklə qurulmur” və Tehrandan hücumları dərhal dayandırmağı tələb edib.


Manama həmçinin Hörmüz boğazının tam açılmasını, dəniz minalarının yerlərinin açıqlanmasını, mülki gəmilər üçün təhlükəsiz keçid dəhlizinin yaradılmasını və bölgədə qalan minlərlə dənizçinin geri qayıtmasının təmin edilməsini istəyib.


Bəhreyn bəyan edib ki, ölkənin təhlükəsizliyi və suverenliyinin müdafiəsi “qırmızı xəttdir” və İran sülh və əməkdaşlıq yolu ilə daha dərin təcrid arasında seçim etməlidir.