ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İranla danışıqlar dayanmayıb və fasiləsiz davam edir
Xəbər

Tramp: İranla danışıqlar dayanmayıb və fasiləsiz davam edir

 Tramp: İranla danışıqlar dayanmayıb və fasiləsiz davam edir


ABŞ Prezidenti Donald Tramp Tehran və Vaşinqton arasında danışıqların dayandırıldığına dair İran mediasında yayılan məlumatları təkzib edib və bildirib ki, tərəflər arasında əlaqələr və müzakirələr davam edir.


ArazNews-un məlumatına görə, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada yazıb: “Aramızdakı danışıqlar fasiləsiz davam edib; dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, dünən və bu gün.”


ABŞ prezidenti danışıqların gələcəyi ilə bağlı əlavə edib: “Bu müzakirələrin hara gedəcəyini heç kim bilmir. Ancaq İrana dediyim kimi, artıq hansı formada olursa-olsun, bir razılaşmanın əldə edilməsinin vaxtı çatıb.”


Trampın açıqlaması İran rejiminə bağlı bəzi media orqanlarının son günlər Tehran və Vaşinqton arasında danışıqların dayandırıldığı və ya dondurulduğu barədə xəbərlər yaydığı bir vaxtda səslənib.