Azərbaycan milli fəalı Abbas Lisani, Evin həbsxanasındakı həbsinin doqquzuncu ayını qeyri-müəyyənlik şəraitində və tibbi xidmətlərə məhdud çıxışla keçirir.
Həbsxananın nevrologiya mütəxəssisi onun bel fıtqının müalicəsi üçün vitamin preparatları, əlavə qida maddələri və ağrıkəsicilər təyin etmişdir. Lakin həbsxana məsulları bu günə qədər həmin dərmanları ona tam və düzgün şəkildə təhvil verməkdən imtina ediblər.
Həbsxana məsulları dərmanların «nəzarət altında» olmasına istinad edərək, üzərində dərman məlumatları olan qapalı qablaşdırmaları Lisaniye vermək istəmirlər. Lisani isə məlumatları olmayan dərmanları qəbul etməkdən imtina edərək, mütəxəssis həkimin təyin etdiyi dərmanların adi qaydada xəstəyə təhvil verilməsi lazım olduğunu vurğulayıb.
Bu vəziyyətin davam etməsi həmin Azərbaycan fəalının ailəsinin və yaxınlarının onun fiziki problemlərinin ağırlaşacağına dair narahatlığını artırıb.