İslam Respublikasının Kəşfiyyat Nazirliyi çərşənbə axşamı, 23 Tir 1405-ci il tarixində (14 iyul 2026) "müxalif" media qurumlarını və aktivistləri əhatə edən siyahını məhkəmə hakimiyyətinə təqdim etdi.
Siyahı "casusluq və sionist rejimi ilə həmçinin düşmən dövlətlərlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi" qanununun 4-cü maddəsinin qeydinə əsasən hazırlanıb və 44 media qurumu ilə 310 siyasi və media aktivistini əhatə edir. Siyahıda Iran International, BBC Farsca, Radio Farda, IranWire, Gunaz TV və ArazNews, həmçinin Rza Pəhlavi və Həsən Şəriətmədarinin adları yer alır.
Kəşfiyyat Nazirliyinin sərəncamına əsasən, həmin qurumlarla hər hansı video, şəkil, məlumat paylaşmaq və ya media əməkdaşlığı etmək həbs cəzasına və dövlət xidmətlərindən məhrum edilməyə səbəb ola bilər. Siyahının mütəmadi olaraq nəzərdən keçirilərək yenilənməsi nəzərdə tutulur.