İsrail Times-a istinadən Kats bəyanatında deyib: «Biz Livana girərkən heç kimdən icazə almadıq və Livanda qalmaq üçün də icazəyə ehtiyacımız yoxdur.» O əlavə edib ki, Əl-Cəlil sakinlərini və İsrail vətəndaşlarını Hizbullah təhdidlərindən qorumaq İsrailin «hüququ və vəzifəsidir».
Kats vurğulayıb ki, İsrail qüvvələri Livanda Hizbullah tam silahsızlaşdırılana və şimal sakinlərinə yönelik təhdid aradan qaldırılana qədər Livanın «təhlükəsizlik zonasında» qalacaq və lazım gəldikdə oradan hərəkətə keçəcək.
Bu açıqlamalar Trampın dünənki sözlərinə cavab olaraq səsləndirilib. Tramp Ankarada keçirilən NATO sammitinin kənarında Suriyə prezidenti Əhməd əl-Şərə ilə görüşü zamanı demişdi ki, İsrailin Livandan çıxacağını düşünür: «Bibi ilə bu barədə danışdım. Düşünürəm ki, çıxacaqlar. Onların Livanla yaxşı münasibətləri var və onunla müqavilələr imzalamaq üzrədirlər.»