Urmiyədə 2026-cı ilin yanvar ayında keçirilən ümumölkə etirazları zamanı həbs edilən beş vətəndaş — Kərim Məsudi, Bəhzad Səmədzadə, Sərdar Purmirəzayi, Ğulamrəza Əbdüllahzadə və Fərşad Suri — ayrı-ayrı işlər üzrə Urmiyə İnqilab Məhkəməsinin birinci və üçüncü şöbələri tərəfindən «milli təhlükəsizliyə qarşı hərəkət» ittihamı ilə həbs cəzasına məhkum edilib.
Kərim Məsudi, Bəhzad Səmədzadə və Sərdar Purmirəzayi hər biri 2 il təziri həbs cəzasına məhkum edilib. Bu üç nəfərin cəzasının böyük hissəsi təxirə salınıb; onlara verilən hökmlərin ümumilikdə 53 ayı şərti olaraq icrasız saxlanılıb.
Ğulamrəza Əbdüllahzadə və Fərşad Suri isə hər biri 1 il həbs cəzası alıb; hökmlə razılaşdıqdan sonra onların cəza müddəti 9 aya endirilіb.