ArazNews
Ana Səhifə / İnsan Haqları / Kərim İsmayılzadə həbs hökmünün icrası üçün Təbriz cəzaevinə çağırılıb
İnsan Haqları

Kərim İsmayılzadə həbs hökmünün icrası üçün Təbriz cəzaevinə çağırılıb

Kərim İsmayılzadə həbs hökmünün icrası üçün Təbriz cəzaevinə çağırılıb

Məhkəmə hökmlərinin icrası şöbəsi Azərbaycan Milli Hərəkatının idmançı və fəalı Kərim İsmayılzadəni bir illik təzir həbsi hökmünün icrası üçün Təbriz Mərkəzi Cəzaevinə çağırıb.

Kərim İsmayılzadə daha əvvəl Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 31-ci şöbəsi tərəfindən «ictimai asayişi pozma» ittihamı ilə bir illik təzir həbsinə məhkum edilmişdi. Çağırış vərəqəsinin təbliği ilə o, bu hökmün icrası üçün özünü Təbriz Mərkəzi Cəzaevinə təqdim etməlidir.

Kərim İsmayılzadə Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biridir. O, keçmiş illərdə ekoloji və mədəni fəaliyyətlərinə görə dəfələrlə çağırış, həbs və məhkəmə işi ilə üzləşib.

Azərbaycan Milli Hərəkatının fəalları mədəni aktivistlərə qarşı çağırışların, həbslərin və həbs hökmləri verilməsinin davam etməsini Azərbaycanlı türk kənşgərlərinə yönəlik təhlükəsizlik və məhkəmə təzyiqlərinin davam etməsinin göstəricisi kimi dəyərləndirir. Onların sözlərinə görə, bu durum son illərdə Azərbaycanda fəalların repressiyasını və mədəni fəaliyyətlərə məhdudiyyətləri daha da artırıb.