ArazNews
Ana Səhifə / Bölgə / Pakistanın Əfqanıstanın şərqinə hava zərbələri; Taliban onlarla dinc sakin öldürüldüyünü bildirib
Bölgə

Pakistanın Əfqanıstanın şərqinə hava zərbələri; Taliban onlarla dinc sakin öldürüldüyünü bildirib

Pakistanın Əfqanıstanın şərqinə hava zərbələri; Taliban onlarla dinc sakin öldürüldüyünü bildirib

Associated Press-ə istinadən, Pakistan İnformasiya Naziri Ataullah Tarer X hesabında yaзıb ki, bu «hesablanmış hava zərbələri» təhlükəsizlik qüvvələrinin kəşfiyyat əməliyyatı əsasında həyata keçirilib və «Cəmaət-ül-Əhrar» ilə «Pakistan Taliban Hərəkatı» qruplarından 29 silahlı üzvün məhv edilməsinə səbəb olub.

O, bu addımı Pakistanda baş vermiş son silahlı hücumlar seriyasına cavab olaraq xarakterizə edib.

Taliban sözçüsü Zəbihullah Mücahid isə həmin zərbələri «alçaq və vəhşi bir addım» adlandıraraq onlarla dinc sakin öldürüldüyünü və ya yaralandığını bildirib.

Bu əməliyyat silahlıların Karaçi şəhərindəki «Rencers» qüvvələrinin məntəqəsinə hücumundan bir gün sonra baş verib; həmin hücumda üç Pakistan əsgəri həlak olmuş, «Cəmaət-ül-Əhrar» qrupu isə məsuliyyəti öz üzərinə götürmüşdür.

Analitiklər hesab edir ki, bu zərbələr İslamabadla Kabil arasındakı gərgin münasibətləri daha da kəskinləşdirəcək. İki ölkə arasında sərhəd toqquşmalarının şiddətləndiyi fevral ayından etibarən yüzlərlə nəfər həlak olub, Çinin vasitəçiliyi də daxil olmaqla bir neçə danışıqlar turu isə davamlı atəşkəsin bərqərar edilməsini təmin edə bilməyib.