ArazNews
Ana Səhifə / Dünya / Tramp NATO müttəfiqlərinə irad tutdu: İran müharibəsində bizi məyus etdilər
Dünya

Tramp NATO müttəfiqlərinə irad tutdu: İran müharibəsində bizi məyus etdilər

Tramp NATO müttəfiqlərinə irad tutdu: İran müharibəsində bizi məyus etdilər

Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rute ilə görüşündə bildirib ki, bu ittifaqın bir çox üzvü İran müharibəsi zamanı onu «məyus edib».

Tramp əlavə edib: «Heç köməyə ehtiyacımız yox idi, amma NATO üzvləri kömək etmək istədiklərini desəydilər, bu gözəl bir jest olardı.»

Bu açıqlamalar o zaman səslənib ki, NATO-nun Avropa üzvlərindən bir neçəsi — o cümlədən İtaliya və İspaniya — İrana qarşı müharibəyə qarşı çıxmışdı, Britaniya, Almaniya və Fransa isə bu münaqişəyə birbaşa qoşulmaqdan imtina etmişdi.

Eyni zamanda İtaliya NATO Baş katibinin ABŞ-ın İran müharibəsində İtaliyanın hərbi bazalarından əməliyyat məqsədli istifadə etdiyi iddiasını təkzib edib və yalnız İtaliyanın ərazisindən logistika və dəstək uçuşlarının həyata keçirildiyini vurğulayıb.