ArazNews
Ana Səhifə / İran / Hörmüz boğazında gəmilərin keçid marşrutu üzərindəki mübahisənin mahiyyəti nədir?
İran

Hörmüz boğazında gəmilərin keçid marşrutu üzərindəki mübahisənin mahiyyəti nədir?

Hörmüz boğazında gəmilərin keçid marşrutu üzərindəki mübahisənin mahiyyəti nədir?

Yayımlanan xəritəyə əsasən, şimal marşrutu İranın sahilləri və suları yaxınlığında yerləşir və Tehranın təsdiqlədiyi marşrut kimi təqdim edilir; cənub marşrutu isə Omanın sahilləri yaxınlığında keçir və gəmilərin keçidini asanlaşdırmaq məqsədilə Omanın və beynəlxalq təşkilatların dəstəyi ilə yaradılmışdır.

Səpah Pasdaran xəbərdarlıq edib ki, gəmilər İranın müəyyənləşdirdiyi marşrutlardan istifadə etməli və bu ölkənin hərbi-dəniz qüvvələri ilə əlaqə saxlamalıdır. Buna qarşılıq olaraq Oman bəyan edib ki, yeni marşrut gəmiçilik azadlığını qorumaq və gəmilərin keçidinin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılmış, ondan istifadə üçün heç bir rüsum alınmayacaqdır.

Bəzi mənbələr iddia edir ki, İslam Respublikası Omanın təklif etdiyi marşrut yaxınlığından keçən gəmilərə hücum etməklə həmin marşrutu təhlükəsiz göstərməyə çalışır ki, gəmilər Tehranın təsdiqlədiyi marşrutdan keçmək məcburiyyətində qalsın.