İranın Prezidenti Məsud Pəzəşkiyan bildirib ki, ABŞ ilə əldə edilmiş razılaşma çərçivəsində neft və neft-kimya sanksiyalarının ləğvindən sonra Qətərdə bloklanmış 12 milyard dollar İran aktivinin 6 milyard dolları azad edilərək Tehranın sərəncamına veriləcək.
Tərəflərin texniki qrupları önümüzdəki günlərdə anlaşma sənədinin icra mexanizmlərini müzakirə etmək üçün Dohada görüşəcək. Əvvəllər bəzi İran mənbələri son hücumlar və anlaşma müddəalarının icrası ilə bağlı fikir ayrılıqları səbəbindən texniki danışıqların təxirə salına biləcəyini xəbər vermişdi; lakin ABŞ-ın yüksək səviyyəli bir rəsmisi bu danışıqların ləğv edilmədiyini və planlaşdırıldığı kimi davam edəcəyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran aktivlərinin azad edilməsi ilə bağlı deyib: "Azad ediləcək pul ərzaq alınması üçün istifadə olunacaq... üstəlik yalnız Birləşmiş Ştatlar vasitəsilə və bizim fermerlərmizdən".