Sepah Kəşfiyyat Təşkilatı yaydığı bəyanatda Urmiya şəhərində İsraillə əlaqəli olduğu iddia edilən iki nəfərin müəyyən edilərək saxlanıldığını açıqlayıb.
ArazNews-un məlumatına görə, dövlət agentliyi İRNA saxlanılan şəxslərin Telegram vasitəsilə məktəblər, məscidlər və Bəsic müqavimət bazaları da daxil olmaqla bəzi məkanların məlumat və koordinatlarını göndərdiklərini iddia edib.
SEPAH Kəşfiyyatının bəyanatında bildirilir ki, həmin şəxslər hücumlardan sonra zərər görmüş ərazilərin görüntülərini çəkərək əlaqəli olduqları iddia edilən şəxslərə göndəriblər.
Rəsmi qurumlar saxlanılan şəxslərin kimliyi və iş üzrə məhkəmə prosesinin gedişi barədə hələlik əlavə məlumat yaymayıblar.