çərşənbə, 25 noyabr 2026
Bölgə

Səudiyyə Ərəbistanı rəsmiləri: Husilərin Ər-Riyaddakı 80 mərtəbəli qülləyə hücumunda 11 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı rəsmiləri: Husilərin Ər-Riyaddakı 80 mərtəbəli qülləyə hücumunda 11 nəfər yaralanıb

Yəmən husilərinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın maliyyə mərkəzindəki qüllələrdən birinə hücumu nəticəsində 11 nəfər yaralanıb. Səudiyyə rəsmiləri noyabrın 24-də, çərşənbə axşamı hücumda xəsarət alanların sayını açıqlayıblar.

Hadisəni görənlərin sözlərinə görə, hücumun hədəfi Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun 80 mərtəbəli qülləsi olub. Bu bina bir həftədən az müddətdə ikinci dəfə hədəfə alınıb. Fond Səudiyyə hökumətinin əsas investisiya qolu və dünyanın ən böyük milli sərvət fondlarından biridir.

Husilər İslam Respublikasının regiondakı vəkil qruplarındandır. Onlar ötən illərdə də dəfələrlə raket və dronlarla Səudiyyə Ərəbistanının şəhərlərinə və neft obyektlərinə hücum ediblər.

Bu xəbəri paylaşın