cümə axşamı, 19 noyabr 2026
Azərbaycan

Təbrizin Heydərabad məhəlləsində qanlı atışma: hakim həyat yoldaşı və azyaşlı oğlu ilə birlikdə öldürülüb

Təbrizin Heydərabad məhəlləsində qanlı atışma: hakim həyat yoldaşı və azyaşlı oğlu ilə birlikdə öldürülüb

Çərşənbə günü axşam saatlarında silahlı bir şəxs Təbrizin Heydərabad məhəlləsində Xana (Piranşəhr) ədliyyəsinin hakimi İbrahim Sadiqini, onun həyat yoldaşını və azyaşlı oğlunu qətlə yetirib. Yerli mediaya görə, Sadiqi Qaradağ bölgəsindəki Bəhrbəyli kəndindən olub.

Hücumçu Brno tüfəngi ilə əvvəlcə "Tondar 90" avtomobilində oturan hakimə atəş açıb. Daha sonra o, hakimin həyat yoldaşını və oğlunu ailəyə məxsus olduğu bildirilən dil kursundan çıxarkən öldürüb. Ailənin qızı yaxınlıqdakı sendviç satılan dükana sığınıb. Hücumçu dükana da atəş açıb və onun şüşələrini sındırıb.

Təsdiqlənməmiş məlumatlara görə, hücumçu Xana sakinidir. İlkin xəbərlərdə onun atəş açdıqdan sonra intihar etdiyi bildirilsə də, vəziyyəti hələ də aydın deyil.

Təcili yardım maşınları gəlib cəsədləri aparanda küçədə izdiham yaranıb. Daxil olan məlumatlarda iddia edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ərazidəki bəzi əsnaflardan müşahidə kameralarının görüntülərini silmələrini tələb ediblər.

Bu xəbəri paylaşın