Təbriz Çörəkçilər İttifaqının sədri şəhərin sərbəst qiymətli çörəkxanalarında çörəyin qiymətinin artdığını açıqlayıb. Yeni qiymətlərə əsasən, sənqək 50 min tümənə, bərbəri 40 min tümənə, lavaş 13 min 500 tümənə, yağlı çörək isə 45 min tümənə yüksəlib.
Təbriz Çörəkçilər İttifaqının sədri Məhəmməd Abbasvənd qiymət artımının səbəbini 10-cu növ unun bahalaşması ilə izah edib. Onun sözlərinə görə, bu unun bir kisəsinin qiyməti 1 milyon 200 min tüməndən 3 milyon 200 min tümənə qalxıb.
Abbasvəndin bildirdiyinə görə, qiymət artımı yalnız 10-cu növ undan istifadə edən sərbəst qiymətli çörəkxanalara aiddir, subsidiyalı çörəkxanalarda və digər müəssisələrdə isə çörəyin qiyməti dəyişməyib.