İranda aylıq inflyasiya 4,6 faizə çatıb, son üç ayda müşahidə olunan artım tendensiyası davam edib. İslam Respublikasının Mərkəzi Bankı bu rəqəmi mehr ayı üzrə hesabatında açıqlayıb. Hesabat uzun gecikmə ilə, aban ayının ortalarında dərc olunub.
Həmin qurumun statistikasına görə, illik inflyasiya cüzi azalaraq 71,4 faiz təşkil edib, nöqtədən-nöqtəyə inflyasiya da aşağı düşüb. Bununla belə, nöqtədən-nöqtəyə inflyasiyanın azalması qiymətlərin aylıq artımının qarşısını almayıb.
ABŞ-ın dəniz blokadası və neft ixracına qoyulan məhdudiyyətlər İslam Respublikasının iqtisadiyyatına təzyiqi artırıb, milli valyutanın dəyəri isə nəzərəçarpacaq dərəcədə düşüb. Açıq bazarda ABŞ dollarının qeyri-rəsmi qiyməti 21 aban (12 noyabr), cümə axşamı günü 264 min 200 tümənə çatıb.