cümə axşamı, 12 noyabr 2026
İran

Hörmüz boğazında iki neft tankerində partlayış; SEPAH boğazdan keçən gəmiləri açıq şəkildə hədələyib

Hörmüz boğazında iki neft tankerində partlayış; SEPAH boğazdan keçən gəmiləri açıq şəkildə hədələyib

İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb. Qurum eyni zamanda hədə xarakterli bəyanat yayaraq boğazdan keçən digər gəmiləri xəbərdar edib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, bu hərbi qurum iki tankeri «itaətsiz və cinayətkar» adlandırıb. Bəyanatda bildirilib ki, naviqasiya sistemlərini söndürən və ya Hörmüz boğazının cənub marşrutundan keçmək üçün ABŞ qüvvələri ilə əməkdaşlıq edən gəmilər də eyni aqibətlə üzləşəcək.

Bu hədə Hörmüz boğazındakı hərbi gərginliyin və gəmiçiliyə qoyulan məhdudiyyətlərin dəniz ticarətinin və enerji daşımalarının təhlükəsizliyini ciddi risk altına saldığı bir vaxtda səslənir.

Bu xəbəri paylaşın