Hökumətin orqanı olan "İran" qəzeti xəbər verib ki, makaron fabriklərinə satılan unun qiyməti bu həftə təxminən 2,5 dəfə artıb. Hazırda hər kiloqram un 23 min 850 tümən əvəzinə 60 min tümənə satılır. Qəzetin yazdığına görə, yaxın həftələrdə bu sıçrayışın makaron qiymətlərinə də təsir edəcəyini gözləmək lazımdır.
1,5 litrlik kanola yağı elə bu həftə təxminən 75 faiz bahalaşıb. Qoyun budunun qiyməti 12-13 faiz qalxıb, dana qiyməsi isə təxminən 20 faiz artaraq 1,9 milyon tümən həddinə çatıb. Dərisiz toyuq budu 8,7 faiz bahalaşıb, yarma noxud (ləpə) və noxudun da qiyməti kəskin sıçrayıb.
Hökumət qəzeti ötən həftə süd məhsulları, düyü, çay, qənd və şəkər bazarını "sabit" kimi səciyyələndirib. Lakin İSNA-nın yerlərdə apardığı araşdırma şəhrivər ayından aban ayınadək paketli az yağlı südün qiymətinin təxminən 70 faiz artdığını göstərmişdi.