ABŞ hökuməti neft şirkətlərinin ölkənin strateji ehtiyatlarından borc şəklində təxminən 40 milyon barel xam neft almağa razılıq verdiyini açıqlayıb.
Reuters agentliyinin məlumatına görə, bu addım ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsinin başlamasından sonra enerji qiymətlərinə nəzarət məqsədilə əldə olunmuş beynəlxalq razılaşmanın bir hissəsidir.
Vaşinqton daha əvvəl Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrlə razılaşma çərçivəsində öz ehtiyatlarından 172 milyon barel neft buraxmağı öhdəsinə götürmüşdü.
Reuters-in hesabatına əsasən, ABŞ-ın fövqəladə neft ehtiyatları hazırda 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib və bu vəziyyət Vaşinqtonun enerji bazarında gələcək böhranlarla mübarizə imkanlarını məhdudlaşdırıb.