Ukrayna bu gün, oktyabrın 30-da, cümə səhəri Rusiyanın Novokuybışevsk neft emalı zavodunu hədəfə alıb. Hücum nəticəsində zavodda yanğın baş verib, qara tüstü sütunu bir neçə kilometr hündürlüyə qalxıb.
Bu, son təxminən iki həftə ərzində Ukraynanın Rusiyanın neft obyektlərinə endirdiyi ilk zərbədir. Əvvəlki hücum oktyabrın 18-də Sankt-Peterburqun neft limanını hədəf almışdı.
"Rosneft" şirkəti neft emalı zavodlarının əksəriyyətinin təmirini dayandırdığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, ardıcıl hücumlar zərər və təmir dövrünün xərclərini o qədər artırıb ki, şirkət artıq bunun öhdəsindən gələ bilmir.