ArazNews
Ana Səhifə / Dünya / ABŞ Çin telekommunikasiya şirkətlərinin ölkənin telefon nömrələrinə çıxışını kəsmək istəyir
Dünya

ABŞ Çin telekommunikasiya şirkətlərinin ölkənin telefon nömrələrinə çıxışını kəsmək istəyir

ABŞ Çin telekommunikasiya şirkətlərinin ölkənin telefon nömrələrinə çıxışını kəsmək istəyir

ABŞ-ın Federal Rabitə Komissiyası Çinin iri telekommunikasiya şirkətlərinin ABŞ telefon nömrələrinə birbaşa çıxışını qadağan edən layihəni səsverməyə çıxaracağını açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, layihə noyabrın 19-da müzakirə olunacaq və "China Mobile", "China Telecom" və "China Unicom" şirkətlərini hədəf alır.

Amerikalı rəsmilər bu addımın məqsədinin milli təhlükəsizliyə yönələn təhdidlərə və fırıldaqçı zənglərə qarşı mübarizə olduğunu bildiriblər. Bundan başqa, "Huawei" və "ZTE" avadanlıqlarından istifadə edən şirkətlər üçün də məhdudiyyətlər nəzərdə tutulub.

Bu qərar Vaşinqton ilə Pekin arasında davam edən kiber gərginlik fonunda gündəmə gəlir. ABŞ daha əvvəl "Salt Typhoon" haker qrupunu telekommunikasiya şəbəkələrinə sızmaqda ittiham etmişdi, lakin Çin bu ittihamları rədd edir.