cümə axşamı, 5 noyabr 2026
İran

Financial Times: Rusiya Ukraynaya qarşı istifadə etdiyi 90 raket buraxılış qurğusunu Tehrana verir

Financial Times: Rusiya Ukraynaya qarşı istifadə etdiyi 90 raket buraxılış qurğusunu Tehrana verir

Financial Times qəzetinin məlumatına görə, Rusiya İslam Respublikasına 90 raket buraxılış qurğusu verməyə razılaşıb. Moskva həmin raketlərdən Ukrayna müharibəsində istifadə edir.

Qəzet Rusiyanın iri müdafiə şirkətlərindən birinin 2024 və 2025-ci illər üzrə istehsal planını əldə edib. Bu sənədi Financial Times-a Ukraynanın özəl kəşfiyyat qrupu olan «Dallas Analytics» təqdim edib. Sənəddə helikopterlər üçün buraxılış qurğularına dair ixrac sifarişi qeydə alınıb. Alıcı isə Rusiyanın hərbi sənədlərində İran üçün istifadə olunan kodla göstərilib.

Sənəddə Rusiyada raket və buraxılış qurğularının əsas istehsalçılarından biri olan «Vımpel» şirkətinin də adı çəkilir. Hər iki növ buraxılış qurğusu «İzdeliye 305» yüngül idarəolunan raketi üçün hazırlanıb. Bu raket hərəkətli hədəfləri dəqiqliklə vurur.

Financial Times daha əvvəl Rusiyanın İslam Respublikasına səsdən sürətli qanadlı raket istehsalında kömək etdiyini, həmçinin ona çiyindən atılan «Verba» hava hücumundan müdafiə sistemini də verdiyini xəbər vermişdi. Qəzetin yazdığına görə, tərəflər ehtimal ki, nüvə silahı ilə bağlı olan məsələləri də müzakirə ediblər.

Bu xəbəri paylaşın