İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi yunanların yaşadığı Cənubi Kipr hökumətinin xarici işlər naziri Konstantinos Kombos ilə telefonla danışıb.
"Tabnak" saytının məlumatına görə, tərəflər telefon danışığında ikitərəfli münasibətlərdəki son vəziyyəti və regional məsələləri müzakirə ediblər.
Türkiyə yunanların yaşadığı Cənubi Kipr hökumətini bütün Kipr adasının nümayəndəsi kimi tanımır və Şimali Kipr Türk Cümhuriyyətini dəstəkləyir.