İran İslam Respublikası Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorunu ABŞ-ın «agenti» və ardıcılı adlandırıb. Onun iddiasına görə, Agentliyin baş direktoru Vaşinqtona məlumat ötürür. İslami Donald Trampın Natənz yaxınlığındakı Kolənq Qəzla dağına zərbə endirmək barədə dəfələrlə səsləndirdiyi hədələri ABŞ-ın çarəsizliyinin əlaməti kimi dəyərləndirib.
O, Agentliyin baş direktorunun fəaliyyətini beynəlxalq qurumların mandatından sui-istifadə kimi qiymətləndirib və bu davranışın həmin qurumların legitimliyini sual altına qoyduğunu iddia edib. İslaminin sözlərinə görə, bu «ikili standart» BMT Nizamnaməsinin və Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin (NPT) ciddi zəifliyini üzə çıxarıb.
Atom Enerjisi Təşkilatının rəhbəri NPT-dən çıxmağı «böyük və strateji qərar» adlandırıb və bunun Tehranın suveren səlahiyyətlərinə aid olduğunu bildirib. O əlavə edib ki, belə bir qərar milli təhlükəsizlik mülahizələri əsasında qəbul edilir.